Zəng vurun:
+994 (50) 256 74 44

BALANS STUDIO

İDEYALARINIZI POST-PRODAKŞN HƏLLƏRİ İLƏ REALLIĞA ÇEVİRİN
Sualınız var? Bizimlə əlaqə saxlayın.

BİZİM İŞLƏRİMİZ

SİZİN İDEYALARINIZI BİZ REALLIĞA ÇEVİRƏRİK

2013-cü ildə yaradılmış Balans Studiyası, yerli və xarici müştərilər üçün yüksək keyfiyyətli qrafik və animasiya sahəsində çalışan peşəkar istedadlar üçün həqiqi bir ev olmuşdur.

Bu gün Balans Studiyası Kino, Televiziya və Səs yazma sahəsində müştərilərə aşağıdakı xidmətləri göstərir:

3D Animasiya (3D MAX), 2D Animasiya (TOON BOOM), 3D Qrafik Animasiya (MAYA)

Birbaşa Bədən Hərəkətlərini Animasiyaya çevirmə (MOTİON CAPTURE), Birbaşa Sifət Hərəkətlərini Animasiyaya çevirmə (FACEWARE) 

Rəng Korreksiyası və Rəng Ayarlamaları (DAVİNCİ RESOLVE), Vizual Effektlər (FUSİON)

Səs Yazma, Səsin Redaktəsi və Dizaynı, Foli (NUENDO), Səs Dublyajı (SADİE), Səs Masterinqi - Stereo/ 5.1/ 7.1 (YAMAHA NUAGE) 

Yüksək sürətli Audio və Video Konvertasiya, Video Formatların dəyişməsi, DCP və s. (ROHDE SCHWARZ CLİPSTER) 

Biz fəxr edirik ki, birgə iş üçün gözəl və rahat mühit yaratmışıq və yaradıcı komandamızın üzvləri işlərini yüksək keyfiyyətlə görürlər. Biz müştərilərimizə yalnız Kino, Radio və Televiziya sahələrində yox, o cümlədən Hərbi, Tibbi, Mühəndislik Lahiyyələrindədə xidmət göstərik. Zövqlə və saatsaz dəqiqliyi ilə görülən işləri yüksək keyfiyyətlə əziz müştərilərimizə təhvil veririk.

3D, 2D ANİMASİYA VƏ VİZUAL EFFEKTLƏR

Balans Studiyasının 3 və 2 Ölçülü Cizgi Filmləri Bölməsi Animasiya sahəsində çalışan peşəkarların məkanına çevrilib. Bizim peşəkarlarlar komandası yüksək keyfiyyətli Riqləmə, Modelləmə və Animasiya Məhsullarının istehsalının digər sahələrində ixtisaslaşıblar. Balans Studiyasının bu gün 3D və 2D Animasiya sahəsində görülən işlərlə artıq yerli və beynəlxalq miqyasda müştəri bazasını yarada bilib. Sözsüz ki bu görülən işlərin keyfiyyəti ilə yanaşı Balans Studiyasının Beynəlxalq Festivallarda uğurlu iştirakının nəticəsidi. 

İXTİSASLAR: 3D və 2D Animasiya, Modelləmə, Riqləmə, 3D və 2D Vizual Effektler, Bədən və Sifət Hərəkətlərini Tutma, Rəssam Planlaması

ARAYIŞ: Animasiya: QOYUNLAR (2-5 yaşlı uşaqlar üçün Əyləncəli Tədris) - 12 seriya, BİL (5-7 yaşlı uşaqlar üçün Əlifba və s.) - 12 seriya, DOSTLAR (7-10 yaşlı uşaqlar üçün Tərbiyəvi hekayələr) - 8 seriya, YOL YOLDAŞI (Uşaqlar üçün Yol Hərəkəti Qaydaları Dərsləri) - 4 seriya və s.

FOLİ, SƏS YAZMA VƏ DİZAYN, AUDİO MONTAJ, DUBLYAJ VƏ MASTERİNG

Səsləndirmə layihələrinizi Azərbaycanın ən böyük səs qarışdırma (mixing) və ayarlama (mastering) Studiyasında həyata keçirin! Balans Studiyasının Səs Mütəxəssisləri yüksək peşəkarlıqla və Dünyada ən qabaqcıl texnologiya (YAMAHA NUAGE) və proqram təminatından (NUENDO) istifadə edərək Sizin Audio məhsulunuzu Beynəlxalq Standartlara uyğun istehsal edəcək.

İXTİSASLAR: Bədii və Sənədli Filmlər, Seriallar və Verilişlərin Səs Dİzaynı, Montaji və Masterinqi STEREO / 5.1 / 7.1 / Auro 3D / EBU / Foli, Səhnədən və Studiyada Səs Yazma, Dublyaj  

İSTİFADƏ SAHƏLƏRİ: Kino, Televiziya, Teatr, Konsert, Reklam və s.

ARAYIŞ: Bədii Filimlər YADDAŞ, XOCA, QANLI YANVAR, QARABAĞ ATLARI, AN AGREGATE və s.

RƏNG KORREKSİYASI VƏ RƏNG AYARLAMALARI

Bu gün Azərbaycanın Film və Video İndustriyasının Rəng Korreksiyası və Ayarlama sahəsində Balans Studiyası liderlərdəndir. Siz Ağ Qara filminizi retuş yolu ilə rəngli etmək istəyirsiniz? Bəlkə rəngli Film ya Verilişin rənglərini korektə etməklə cəlbedici və ya rənglərlə ovqatı dramatik etmək istəyirsiz? Bizim Ali Beynəlxalq Sertifikatlara layiq mütəxəssizlər istifadəsində olan müassir və qabaqcıl DAVİNCİ RESOLVE rəng ayarlama dəsti ilə stereoskopik 3D, tam HD, 2K, 4K və s. formatlarda Sizə yardımçı olacaq!   

İXTİSASLAR: Fİlmlərin Retuşu, Rənglənməsi, Rəng Korreksiyası, Ayarlanması və s.

İSTİFADƏ SAHƏLƏRİ: Kino, Televiziya, Reklam və s.

ARAYIŞ: Bədii Filimlər YADDAŞ, XOCA, QANLI YANVAR, QARABAĞ ATLARI, AN AGREGATE və s.

DÜNYADA ƏN SÜRƏTLİ VİDEO, AUDİO FORMATLARIN DƏYİŞMƏSİ VƏ DCP MASTERİNQ

DCP (Digital Cinema Package - Rəqəmsal Kino Dəsti) kinoteatrlarda Bədii, Sənədli Fİlmlər və Reklamları kinolent əvəzinə kompyuter faylları ilə nümayiş etmək üçün yaranmış rəqəmsal vasitədir. Dünyada ən sürətli və keyfiyyətli DCP hazırlayan CLİPSTER Stansiyası daxilində olan video və səs fayllarını oğurluqdan KDM sistemi vasitəsi ilə mühafizə və istehsalçı tərəfindən müəyyən olunan vaxt çərçivəsində göstərməyə imkan verir. Bu Stansiya 1 saatlıq TAM HD (1920/1080) formatında olan Filmin DCP-sini 37 dəqiqəyə hazırlayır (digər programlar 1 saatlı Filmi ən azı 15 saata hazırlayır). 

CLİPSTER Stansiyası vasitəsi ilə Balans Studiyası Video və Audio məhsulların yuksək sürət və keyfiyyərin qorunması şərti ilə müxtəlif formatlara Konvertasiya, Kodlaşma, Dekodlaşma və Transkodlaşma, habelə Kadr Tezliyi (frame rate), Görüntü İmkanları (resolution) və Kodlaşmaları (codec) dəyişmək xidmətlərini göstərir. 

SİZİ QİYMƏTLƏR MARAQLANDIRIR?

Sifarişlərin qiymətləri işə sərf olunan vaxtdan və işin çətinliyindən asılı
olaraq, yer alan aktyorlardan və dekorasiyalardan, qrafik işlər və xüsusi
effektlərin olmasından və bu kimi daha 27 paramaetrlərin sayından asılı
olaraq dəyişir.

Siz sifariş formasını ətraflı doldurmaqla reallığa daha yaxın qiymət ala
bilərsiniz.

Sifariş alındıqdan sonra ən qısa zamanda biz sizinlə əlaqə saxlayaraq
sifarişin detallarını müzakirə edib, sizə müxtəlif ssenariyə aid variantlar
təklif edəcəyik və qiymətləndirməni 3 fərqli variantda sizə verəcəyik.

NİYƏ BALANS STUDİYASI?

Yalnız faktlar və rəqəmlər. Mövcud olduğu müddət ərzində BALANS studiyası bir çox yeniliklərə imza atmışdır.
01.
Hərəkətlərinin Zəbti: Bu gün Balans Studiyası MOCAP və FACEWARE sistemləri vasitəsi ilə Kino, Cizqi Film, Kompüter Oyunları və Reklamlar üçün real zamanda Bədən və Sifət hərəkətlərini animasıyaya çevirir.
02.
Səsləndirmə: Zəngin səs bankı, Film və Reklamların səsləndirməsi, foli, dublyaj, montaj və masterinq. Peşəkar NUENDO proqramı ilə Film və Reklamların səs dizaynı.
03.
Rəng Korreksiyası: Ən müassir DAVİNCİ RESOLVE dəsti ilə stereoskopik 3D, HD, 2K, 4K və s. formatlarda Film və Reklamlarınızın Rəng Korreksiyası və Ayarlamasını.
04.
Vizual Effektlər: Film və Reklamlarda xüsusi effektlər yaradan qabaqcıl FUSİON stansiyası ilə alov, partayış, atəş, fonların dəyişməsi və s. kimi VFX-lərin yradılması.
05.
DCP: Dünyada ən sürətli və keyfiyyətli DCP hazırlayan CLİPSTER Stansiyası vasitəsi ilə 2 saatlıq Filmləri cəmi 45 dəqiqəyə Kinoteatr, TV və ya digər yayımda nümayişə hazırlanması.
06.
Audio Masterinq: Peşəkar NUAGE sistemi vasitəsi ilə real kinoteatrda Film və reklamların Səs düzümlərinin son ayarlanması və Kinoteatr, TV və ya digər yayımda nümayış üçün masterinqi.
07.
Animasiya: MAYA və 3D MAX programlarında 2D və 3D Animasiya səhnələrinin canlandırılması. Bu səhnələr həm peşəkar Cizqi, həm Bədii Filmlərdə, həmdə Reklamda istifadəsi.

PORTFOLİO

BALANS Vizual Effektlər Tanıtımı

Balans Reng Korreksiyasi Tanıtımı

Balans Reng Ayarlanması Tanıtımı

Balans Ses Studiyasi Tanıtım

Balans Səs Masterinqi və Nuage Tanıtımı

Balans Video Effektlər VFX Qısa Tanıtımı

Xoca Filmi Trailer

Qanli Yanvar Fİlmi Trailer

Yaddaş Filmi Trailer

Zaman Adlı Qatar Filmi Trailer

Dostlar Cizgi Serialı

Od Çərşənbəsi Novruz Bayramı

Yel Çərşənbəsi Novruz Bayramı

Torpaq Çərşənbəsi Novruz Bayramı

Yol Yoldaşı Cizgi Serialı 6-cı bölüm

7-10 Yaşlı Uşaqlar Kateqoriyası "DOSTLAR" İbrətamiz və Əyləndirici Cizqi Serialı - 1 Epizod / 8 Seriya

3-5 Yaşlı Uşaqlar Kateqoriyası "QOYUNLARLA OYUNLAR" Düşündürücü və Beyin İnkişafetdirici Cizqi Serialı - 1 Epizod / 12 Seriya

7-10 Yaşlı Uşaqlar Kateqoriyası "YOL YOLDAŞI" Qanun Tanıtdırıcı Cizqi Serialı - 1 Epizod / 3 Seriya

5-8 Yaşlı Uşaqlar Kateqoriyası üçün "BİL" Təhsilləndirici və Əyləndirici Cizqi Serialı - 1 Epizod / 12 Seriya

Absheron Serial Tanitim

ISBRE Suları, Reklam Adaptasiyası

Publicite Cocottes St Michel, Reklam Adaptasiya

Flik-flak 30 llik Yubiley

Casio G-Shock

Casio G-Shock

Swatch_Siradasan

Vespa details

Ahmadchay

Tissot

Rado

Tissot

Ahmad Tea

Can Bebe

Men Reqs Edirem

On Aggregate

No documents found.

Tomas və Dostları Dublyaj

Balerina Ancelina Dublyaj

Usta Bob Dublyaj 40-cı Seriya

Yanğınsöndürən Samir Dublyaj

Reklam - İŞLƏRİ

İSTƏDİYİNİZ SFERAYA UYĞUN VİDEO-ROLİK NÜMUNƏSİ GÖRMƏK İSTƏYİRSİNİZ?

Bizim portfolioda müxtəlif sahələrə uyğun çoxlu sayda reklam video-roliklər və təqdimatı olmuş filimlər var.

Biz sizə uyğun maraqlı video nümunələr sizə təqdim edəcəyik və təqribi qiymət verəcəyik.

TƏŞƏKKÜR MƏKTUBLARI

Peşəkarlar komandası

ELNARƏ MUSTAFAYEVA
Rəng üzrə mütəxəssis
KAMİL KƏRİMOV
Baş animator
MEHRİBAN MƏMMƏDOVA
Kommersiya Direktoru
İSLAM ƏLİYEV
Montajçı
ÜLVİYYƏ ƏLİYEVA
Rəssam
PƏRVİZ EMİNOV
Animator
MURAD AĞALİYEV
Səs üzrə mütəxəssis
İSLAM BOZBAXOV
Səs üzrə mütəxəssis

Backstage - KADR ARXASI ŞƏKİLLƏR

VİRTUAL TUR

BALANS STUDİYA ŞƏKİLLƏRİ